Manşet

Azərbaycan – Türkiyə birləşmələri Qarabağda hərbi əməliyyata hazırlaşır? – İDDİA

“10 noyabr Birgə Bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq, Rusiya tərəfi konkret olaraq öhdəlikləri yerinə yetirmir, situasiyanın gərginləşməsinə səbəb olan davranış sərgiləyir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hazırkı vəziyyətin yeni lokal toqquşamlara yol açdığını bildirib:

“Halbuki bütün əməliyyatlar bitməli idi. Həmçinin birtərəfli olaraq “sülhməramlı” komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadılar. Rusiya bununla neytrallağını pozaraq, Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir. Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin münaqişənin davam etdiyini göstərir. Rusiyanın bu siyasəti Azərbaycanın  hərərkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə qoşunlarının birgə taktiki hərbi təlimləri buna cavabdır və anti-terror əməliyyatlarını özündə ehtiva edir”.

M.Əsədullazadənin fikrincə, Rusiyanın Qarabağa Abxaziyada separtizmə dəstək verən general Mixail Kosobokovu komandan təyin etməsi erməni separtizminin dəstəklənməsinə və bundan sonra intensiv olaraq Qarabağda rus hərbçilərinin taktiki döyüş təlimlərinin keçirilməsinə gətirib çıxaracaq:

“Amma Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək. Azərbaycan və Türkiyə qüvvələri Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq. Ümumiyyətlə, Rusiya 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndini yerinə yetirərsə, belə bir siyasi-hərbi qarşıdurmaya  ehtiyac olmaz. Rusiyanın bu fəaliyyəti Türkiyənin də regional siyasətini təhdid edir.

Ona görə də Rusiyanın separatizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə şəkildə xüsusi əməliyyatlara bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi. Bu, Ankaranın Moskvaya cavab addımdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Türkiyə Rusiyaya bu addımı ilə geri çəkilməyəcəyini və daha da irəli gedəcəyi mesajını verdi. Baş verəcək problemlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button