Manşet

Putin stenoqramı Lukaşenkoya göstərdi, ara qarışdı: “Xırdabuynuzlular, şərəfsizlər…”

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Avropa Şurasının rəhbəri Şarl Mişel Rusiya prezidenti Vladimir Putindən Belarus liderinə təzyiq göstərməsini xahiş edib.

Savash.org Ruisya mətbuatına istinadla xəbər verir ki, Lukaşenkonun xatırlatdığı söhbət sentyabrın 8-də baş tutub. Həmin gün Rusiya prezidenti ilə Avropa Şurasının rəhbəri Əfqanıstanı müzakirə ediblər.

Növbəti gün Belarus prezidenti ilə baş tutan söhbətdən sonra isə Vladimir Putin Avropa dövlətlərinə “Taliban” dan fərqli olaraq, hakimiyyətə qanuni yolla gələn Aleksandr Lukaşenko ilə birbaşa dialoq qurmağı məsləhət görüb.

Lukaçenko onu əsəbləşdirən danışığın təfərrütlarını da açıqlayıb: “Mişel Putinə zəng vurub deyir ki, siz orada Lukaşenkoya təzyiq göstərin. Mən o stenoqramı oxudum. Putinin cavabı belə olub: “Uzr istəyirəm, necə yəni təzyiq göstərim? Belarus müstəqil dövlətdir, nədən onunla özünüz danışmaq istəmirsiniz? “Taliban”la  danışıqlar aparırsınız? “Bəs Lukaşenko ilə niyə danışmaq istəmirsiniz?”

Qərb siyasətçilərinin davranışını xarakterizə edən Belarus prezidenti açıqlamasında əsəblərinə hakim ola bilməyib: “Onlar döyülmüş köpəklər kimi üzərimə gəlir, özü də xırda mələlələrlə bağlı. İdman, mədəniyyət və digər istiqamətlər üzrə təzyiq göstərməyə çalışırlar”.

“Uşaqlarımızı səbəbsiz yerə sıxışdırmağa  başlayıblar: Dmitri Baskov (İdman funksioneri) prezidenti dəstəkləməkçün meydançaya bayraqıla çıxıb,buna görə onu düşmən elan edib federasiyadan (Belarus xokkeyindən) kənarlaşdırmağı tələb ediblər. Əsil-nəcabəti bilinməyən alçaqlar, xırdabuynuzlular. Bu, həqiqətən də, şərəfsizlikdir”, – deyə Lukaşenko qeyd edib.

Lukaşenko həmçinin miqrantlarla bağlı Qərblə danışıqlar aparmağa hazır olduğunu da bəyan edib. Amma o şərtlə ki, əvvəlcə  sanksiyalar aradan qaldırılsın.

“…bu əsassız sanksiyalar aradan qaldırılmayana, vətənpərvər insanlarımızın alçaldılmasına son verilməyənə qədər heç kim onlarla danışmayacaq, onların qarşısında diz çökməyəcəyik”, — deyə Belarus prezidenti vurğulayıb.

Selcan

Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button