Manşet

Erməni deputat İranı Azərbaycana qarşı sərt tədbirlərə çağırdı: “Əlaqəni kəsirlər, təcili…”

“Azərbaycan tərəfi hər an Qafanla Ermənistanın qalan hissəsi arasındakı əlaqəni kəsə bilər”.

Savash.org-un erməni mətbuatına istinadla məlumatına görə, bunu parlamentdə jurnalistlərlə söhbəti zamanı “Ermənistan” blokundan olan deputat Vaqe Akopyan deyib.

O, həyacanla bildirib ki, Azərbaycan tərəfi İrana məxsus yük maşınlarını saxlayır, onlardan rüsum tələb edir.

Deputat əlavə edib ki, Azərbaycan minik avtomobillərinə və erməni yük maşınlarına maneə yaratmır.

“Bəlkə bizi bu ərazilərin Azərbaycana məxsus olduğuna alışdırılar? Yaranmış vəziyyət iqtisadi problemlərə də yol açır. Məlum olduğu kimi, Ermənistanın ticarət dövriyyəsinin 40% – i İranla iqtisadi əlaqələrin payına düşür. Əminəm ki, Tehranın reaksiyası özünü gözlətməyəcək “, – deyə deputat əlavə edib.

Selcan

Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button