Manşet

Ölkədəki İran sevdalıları təhlükəyə çevrilib? – “Hər şey nəzarətdədir…”

Son günlər İranla Azərbaycan arasında yaşanan soyuqluq sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Cənub qonşumuzun Qarabağdakı separatçı rejimlə əlaqələri tənqid olunarkən İran xüsusi xidmət orqanlarına bağlılığı ciddi şübhələr yaradan bəzi şəxslər açıq şəkildə qarşı tərəfdə yer alır.

Ölkədəki söz və ifadə azadlığından sui-istifadə edən belə şəxslər saxta profillər vasitəsilə ölkə rəhbərliyi, dövlət atributları haqda da uyğunsuz ifadələr işlətməkdən çıkinmirlər.

Gələcəkdə bu kimi haların yaşanmaması, bu kimi şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması üçün hansı addımlar atılmalıdır.

Məsələ ilə bağlı Sfera.az -a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ölkənin daxili və ya xarici siyasəti ilə bağlı vətəndaş mövqeyi ola bilər, lakin vətəndaşın mövqeyi onun mənsub olduğu ölkənin milli maraqlarını üstələməməlidir:

“İranla Azərbaycan arasında yaşanan gərginliyə bəzi insanların ifrat dərəcədə reaksiya verməsi təəssüfləndirici haldır. Sosial şəbəkə üzərindən İrana dəstək mesajları verən bu şəxslərin bəziləri dövlət atributlarına, dövlətçiliyimizə təhqirlər yağdırmaqdan çəkinmirlər. Belə şəxslərin bu kimi hallara yol verməsi qəbuledilməzdir.

Düşünürəm ki, dövlətin müvafiq strukturları həmin şəxsləri nəzarət altında saxlayır. Dövlət atributlarını təhqir edən, başqa ölkənin marağını öz ölkəsinin marağından üstün tutan bir insan ilk növbədə vətəndaşlıq vəzifəsini yerinə yetirməmiş olur. Ümumiyyətlə, bu kimi şəxslər təkcə onlara verilən söz azadlığından sui-istifadə etmir, eyni zamanda ölkə daxilində narazılığa da səbəb olur. Bu isə təkcə ölkəmizin milli maraqlarına zərbə vurmur, həmçinin daxildə sabitliyin də pozulmasa səbəb ola bilər”.

Siyasi şərhçi Teymur Qasımlı deyib ki, bu gün ölkəmizdə İrana rəğbət bəsləyən şəxslərin olması normaldır və belə şəxslərə qarşı mübarizə aparmaqdansa, onlardan istifadə etmək lazımdır:

“Belə şəxslər hər cəmiyyətdə var. İnsanlar müəyyən səbəblərə görə fərqli ölkələrə rəğbət bəsləyə bilər. Əgər bu şəxslərin həmin ölkələrə sevgisi problem təşkil etmirsə, onlara qarşı hər hansı bir şey etməyin mənası yoxdur.

Yəni ölkəmizdə bu gün bir qrup insanın digər dövlətə simpatiyası varsa və bu, qanunvericilik çərçivəsindədirsə, nə etmək olar? Lakin həmin şəxslər qanunları pozursa, onlara qarşı qanunvericilik çərçivəsində qabaqlayıcı tədbirlər görmək zəruridir. Ümumiyyətlə bu kimi şəxslər onsuz da dövlətin nəzarətindədir və sizi əmin edirəm ki, dövlətimiz bu şəxslərə qarşı lazımi tədbirləri görür.

Lakin mən düşünmürəm ki, bu gün İranın ölkəmizdə ciddi bir siyasi təsir imkanı var”.

Turan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button