Manşet

İran diplomatının müəmmalı Bakı səfəri – Sürücüləri azad etdirməyə gəlib?

“Tehran səfir səviyyəsindəki danışıqlarda istəyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə “əzələ nümayişi”nə əl atdı”.

Bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpurun Bakıya gəlişinə münasibət bildirib:

“Türkiyə və Azərbaycanın Naxçıvanda məhz Araz çayı üzərindən mesaj verməsi Tehranın nəticə çıxarmasına kömək edən amillərdəndir. İran danışıqları davam etdirmək istəyir. Sərt mövqe ilə yanaşı, qapıları aralı saxlayır. Səccadpur Bakıya Azərbaycan, Türkiyə və İranın araşdırma mərkəzlərinin üçtərəfli görüşündə iştirak üçün gəlsə də, rəsmi şəxslərlə də görüşlər keçirəcək”.

A.Nərimanlı görüşlərdə üç məsələnin müzakirə edilmə ehtimalından söz açıb:

“Birincisi, Xankəndiyə qanunsuz yük daşınması faktı ilə bağlı saxlanılan iki sürücünün sərbəst buraxılması. Bu sürücülərin isə sıravi vətəndaş olmadığı da istisna deyil. İkincisi, Gorus-Qafan yolunda İranın yük maşınlarının keçidini asanlaşdırmaq, rüsum və digər məsələlərdə güzəştlər əldə etmək. Nəhayət, İranın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirakına nail olmaq: Tehran bu məsələni təmaslarında davamlı irəli sürür. Burada diqqətçəkən əsas məqam Bakının əlinin heç olmadığı qədər güclənməsi və Tehranın “şir kimi oğlanlarıq” ritorikasına rəğmən, hesablaşmağa məcbur qalmasıdır”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button