Manşet

ATƏT son ümidini danışıqlar üçün Bakıya göndərir – Henriksen niyə gəlir?

“Kari Henriksenin Azərbaycana səfəri təsadüfi deyil. Onun ölkəmizə səfərinin məqsədi uzun müddətdir, proseslərdən kənarda qalan ATƏT-in Minsk qrupunun regiona qayıdışını təmin etməkdir”.

Bu sözləri politoloq Qabil Hüseynli ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksenin Azərbaycana baş tutacaq rəsmi səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 27 illik fəaliyyətsizliyi rəsmi Bakının bu quruma inamını büsbütün sarsıdıb:

“Faktiki olaraq ATƏT-in Minsk Qrupu və onun həmsədrləri 27 il ərzində keçmiş “status-kvonu” saxlamaqdan başqa heç bir iş görmədi. Bu qurum boş bürokratik addımlar ilə Azərbaycanın Qarabağın işğalına barışmasına çalışırdı. Digər tərəfdən, 44 günlük müharibə və müharibədən sonrakı dövrdə fəaliyyətsizliyi də bir daha ATƏT-in Minsk qrupunun əhəmiyyətsiz olduğunu göstərdi”.

Politoloqun sözlərinə görə, Kari Henriksenin qarşısına böyük öhdəlik qoyulub:

“Henriksen ATƏT-in Minsk qrupunun növbəti ümididir. Bu şəxs gərək ki, rəsmi Bakını qurumla bağlı razı salsın. Heç kəsə sirr deyil ki, ATƏT-in Minsk qrupu proseslərə yenidən qayıtmaq istəyir. Lakin rəsmi Bakı bu məsələyə heç də isti baxmır. Digər tərəfdən, həmsədr ölkələrin qərəzli mövqeləri də bu qurumun fəaliyyətini sual altına alır. Ona görə də deyə bilərəm ki, Hari Henriksenin işi olduqca çətindir”.

Turan Rzayev

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button