Manşet

“Paşazadə ilə Ayətullah Amili arasında dərin anlaşma var, bəlkə də…” – Zərdüşt Əlizadə

“Ərdəbil Şərqi Azərbaycan ostanının paytaxtıdır. Əgər Allahşükür Paşazadə bir ölkənin inzaibati ərazi vahidinin rəsmi adını deyirsə, İran niyə qıcıqlanmalıdır?”

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq hər iki ölkənin din xadimi arasında xoş münasibətlərin olduğuna diqqət çəkib:

“Allahşükür Paşazadə Ərdəbilə Gürcütanındır deməyib ki, Azərbaycanındır deyib. Burada qıcıq doğuracaq nəsə yoxdur. Ayətullah Seyid Həsən Amili ilə Allahşükür Paşazdə arasında xoş münasibətlər var, bəlkə də yüz dəfə görüşüblər. Hər ikisi şiə din xadimidir və aralarında dərin anlaşma var. Onlar sadəcə, hərəsi öz oyununu oynadı.

İndi qara camaat atılıb-düşür, deyir ki, arada ədavət var. Amma ortada heç bir ədavət yoxdur. Azərbaycanla İran arasında dərin anlaşma var. 30 il ərzində Azərbaycan da, İran da anlayıb ki, qarşı tərəf necə dövlətdir. İki qonşu dövlət buna uyğun münasibətlərini tənzimləyiblər. Heç bir bəyanat, heç bir qalmaqal və təlim bu əlaqələrin mətinliyinə, möhkəmliyinə təsir edə bilməz”.

Xatırladaq ki, bir neçə gün öncə İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Ötən gün isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə buna cavab verəkən Ərdəbilin qədim Azərbaycan şəhəri olmasına diqqət çəkib.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button