Manşet

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanıldı

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb. Bu barədə Ermənistan KİV-ləri yazır.

***

16:56

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın mənzilində axtarışlar aparılır. Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, Tonoyan çox güman ki, saxlanılaraq ittiham olunacağ.

Qəzetin yazdığına görə, eyni zamanda Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuş ordunun aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Galstyanın evlərində də axtarışlar keçirilir.

Nəşrin mənbələri bildilir ki, bundan sonra Ermənistanın keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun və sabiq müdafiə naziri Seyran Ohanyanın evlərinə də “ziyarət” olunacaq. Ehtimal olunur ki, bu silah tədarükü ilə bağlı cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Ermənistan mətbuatı xəbər verir ki, o, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur. MTX-nin məlumatından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə aşağı qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.

İstifadə müddəti bitdiyinə görə sursat qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Aviasiya idarəsinin rəisi bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsilə bu raketləri bazar qiymətindən baha qiymətə – 1 100 ABŞ dollarına hərbi şöbəyə satıb.

Ordunun zəruri ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dolları məbləğində müqavilə imzalayaraq ərizə təqdim edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button