Manşet

“Dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik” – Deputatdan “böyük təhlükə yaranıb” açıqlaması

“Ölkədə ən ciddi problemlərdən biri din pərdəsi altında gizlənən casus şəbəkəsidir. Bəzi qurumlarımızın məsuliyyətsizliyi üzündən böyük təhlükə yaranıb”.

Bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

O, dinlə bağlı qanunvericiliyə dəyişikliyi vacib hesab etdiyini bildirib:

“Dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik. Cəhalət ölkədə sürətlə yayılır. Bu da təhsillə bağlıdır. Müvafiq dövlət qurumunun səlahiyyətləri artırılmalıdır. Bu barədə hansı dövlət qurumuna müraciət etsək, cavab belə olur ki, bu, bizim səlahiyyətimizdə deyil. Bəs, bu məsələyə kim baxmalıdır?”

Əzizə ZEYNAL

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button