Manşet

Saakaşvili Gürcüstana yük gəmisində gizlicə keçibmiş – Rəsmi qurumlar isterikada

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıtdığına inanmır. “Heç bir informasiya yoxdur, bütün bunların növbəti klounada olmasından savayı…Nəyə görə siz yalan informasiyanı yayırsınız? Mənə sübut edin ki, o Gürcüstandadır”,-hakim “Gürcü arzusu” partiyasından deputat Givi Mikanadze jurnalistlərə bildirib.

Hakim partiyanın sədri İrakli Kobaxidze də Saakaşvilinin ölkəyə qayıtdığını təkzib edib. “Saakaşvili Batumidə deyil. Video Gürcüstanda çəkilməyib. Bu, mənim deyə biləcəklərimdir…Təəsüf ki, Saakaşvili Gürcüstanda yoxdur və onun saxlanılması yenə də müəyyən vaxta təxirə düşür. Gəlsəydi indi həbsxanada olardı. Bu, başdan ayağa klounadadır”,-o deyib.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi Saakaşvilinin ölkə sərhədlərini keçmədiyini açıqlamışdı.

“Sputnik Gürcüstan” agentliyi isə bildirir ki, Saakaşvilinin ölkəyə dəniz yolu ilə, qeyri-leqal daxil olduğu istisna deyil. Belə ki, ötən gün axşam  qasırğanın olmasına baxmayaraq Batumi limanına Rumıniyadan və Ukraynadan iki yük gəmisi yan alıb. Həmin gəmilərdən birində Saakaşvilinin də olması istisna deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button