Manşet

“İran Paşinyan-Əliyev görüşünə mane olur” – Ararat Mirzoyan niyə qəfildən Tehrana çağırıldı?

“Ermənistan nümayəndəsinin İrana səfər edəcəyi barədə qabaqcadan məlumatın olmaması, bu səfərin tələsik təşkil olunmasını deməyə əsas verir”.

Bunu sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib:

“Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın qəfildən Tehrana səfər etməsi və orada İran Xarici İşlər Naziri Əmir Hüseyin Abdullahyanla görüşməsi bu gün diqqət mərkəzinə düşən xəbərlərdəndir. Ermənistan nümayəndəsinin İrana səfər edəcəyi barədə qabaqcadan məlumatın olmaması, bu səfərin tələsik təşkil olunmasını deməyə əsas verir.

Heç şübhəsiz iki nazir son günlər regionda baş verən prosesləri müzakirə etmək üçün bir araya gəlib. İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi ritorika Ermənistanın diqqətindən kənarda qala bilməzdi. Məhz Ararat Mirzoyanın İrana səfər etməsi İranın yeritməyə başladığı yeni siyasətin nədən ibarət olduğunu ermənilər tərəfindən aydınlaşdırmaq və lazım gələrsə, Azərbaycana qarşı birlikdə hərəkət etməyi planlaşdırmaq məqsədi güdür”.

Ə.İbrahimov Nikol Paşinyanın Azərbaycanla danışıqlara getməsinə İran tərəfindən təzyiq göstərilə biləcəyini qeyd edib:

“Ola bilsin, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlara getməkdə israr etməsi heç də İranın istəyinə uyğun deyil və bu məsələdə Ermənistana təzyiq danışıqların mövzusu olub. Ermənistan-İran Xarici İşlər Nazirlərinin görüşündən sonra İranın deyil, Ermənistanın gələcək danışıqlarda mövqeyinin sərtləşdirilməsi müşahidə oluna bilər. İran rəsmiləri bəyanatları ilə onsuz da iki ölkə arasında vəziyyəti maksimim həddə gərginləşdirməyə nail olublar”.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana işgüzar səfəri çərçivəsində iranlı həmkarı Əmir Hüseyn Abdullahiyan ilə görüşüb.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button