Manşet

Əsgərlərin “Bozqurd salamı” Tehranı narahat edib – “Bu açıqlama həmin qorxudan xəbər verir”

“Əli Nikzadın sözləri məni təəccübləndirmədi. Çünki o Rəisiyə yaxınlığı ilə tanınan biridir. Onun sözlərin mahiyyəti odur ki, İran Cənubi Azərbaycandakı soydaşlarımızın Bakıya dəstəyindən narahatdır”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı Ərdəbildən olan deputat Əli Nikzadın “ölkənin şimal-qərbində yaşayan türklər fitnə və ixtilafların əsirinə çevrilməyəcəklər” sözlərini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Ərdəbili təmsil edən deputatın dilindən belə bir açıqlamanın verilməsi Tehranın qorxularından xəbər verir və Azərbaycanla sərhəddə keçirilən təlimlərdə əsgərlərin Bozqurd salamı bu qorxunun ciddi əsasının olduğunu göstərir:

“İstisna deyil ki, İran cənubdakı soydaşlarımıza qarşı repressiv addımlarını genişləndirəcək. Azərbaycanda baş verən hər şeyi beynəlxalq platformalara çıxaran bəlli qruplar indi diqqətlərini cənuba yönəltsə, imkanlarını Arazın o tayındakı azərbaycanlılar üçün istifadə etsə, yaxşı olardı. Cənublu soydaşlarımız bu proses qarşısında təmkinli olmalı, ehtiyatı əldən verməməlidir”.

Turan Rzayev

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button