Manşet

“İran gec də olsa, başa düşdü ki…” – Abdullahianı Bakıya gətirən səbəblər

“İran Azərbaycanla barışmağın yollarını axtarır. Tehran gec də olsa başa düşdü ki, indiki halda Azərbaycanla düşmənçilik aparmaq təhlükəlidir”.

Bu sözləri politoloq Turab Rzayev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıya səfəri haqda yayılan xəbərləri şərh edərkən deyib.

O, bildirib ki, İranın ritorikasında müəyyən mənada yumşalma hiss olunur:

“İranın geri addım atması heç də səbəbsiz deyil. Rəsmi Tehran mövcud İran-Azərbaycan gərginliyində qonşu ölkələrin heç birindən dəstək ala bilmədi. Gördük ki, İran bu məsələdə Rusiyadan açıq-aşkar dəstək gözləyirdi, lakin rəsmi Tehranın real müttəfiqlərindən olan Rusiya belə bu məsələdə İrana dəstək olmadı.

İran gec də olsa başa düşdü ki, İsrailin nüvə obyektlərini bombalamaq istədiyi, ABŞ və Qərbin sanksiyalarını intensivləşdirdiyi, daxildə sosial narazılıqların artdığı bir dövrdə Azərbaycanla gərginliyin yaradılması təhlükəlidir. Buna görə də geri addım atan İran rəsmi Bakı ilə münasibətləri düzəltmək qərarına gəlib. Hüseyn Əmir Abdullahianın Bakıya səfəri də məhz bununla əlaqəlidir. Düzdür, məlumat hazırda bizim mediada təsdiqlənməyib, lakin İranın “Mehr” agentliyi bu həftə ərzində gözıənilən səfərin baş tuta biləcəyini qeyd edir”.

Turan Rzayev

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button