Manşet

“Saxta səsyazıları, montaj olunmuş görüntülər…” –  Abdullahian Bakıya “terrorçu sübutları” ilə gəlir?

“Terrorçu” iddiasını hələ müharibənin gedişində Xamenei gündəmə gətirdi. Ötən bir il müddətində də eyni iddianı təkrarlayırlar. Lakin indiyə qədər heç bir dəlil açıqlanmayıb. Məhz indi “dəlil-sübutdan” bəhs etmələri diqqət çəkir. Bu, İranın iddialarını “sübut etmək” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı İran XİN sözçüsü Səid Xətibzadənin ötən gün Azərbaycan haqda danışarkən əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazılarının olması haqda səsləndirdiyi iddaları şərh edərkən deyib.

Ekspert qeyd edib ki, müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana “terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səs yazıları və görüntülər hazırlayırdı:

“Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr quraşdırırdılar, David Tonoyanın görüşündə DSX-nın uniformasını geyinmiş erməni əsgərlərin olması da bunun sübutu idi”.

Ekspert düşünürt ki, İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər:

“Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır. İstisna deyil ki, həmin “dəlil-sübutu”, “səs yazılarını” XİN rəhbəri Abdullahian Bakıya səfərində gətirəcək. Məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır”.

 Turan Rzayev

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button