Manşet

Hacı İbrahimin aldatdığı iş adamından şok addım: İLHAM ƏLİYEVLƏ GÖRÜŞMƏK ÜÇÜN AZƏRBAYCANI TƏRK ETDİ

Hacı İbrahimin aldatdığı iş adamından şok addım: İLHAM ƏLİYEVLƏ GÖRÜŞMƏK ÜÇÜN AZƏRBAYCANI TƏRK ETDİ4 ildən çoxdur ki, İbrahim Nehrəmliyə məxsus olan “Avesta” şirkətindən 2 mənzil alan, lakin evləri qanunsuz olaraq əlindən alınan qazaxlı iş adamı Elşad Məmmədov ölkəni tərk edib.

Savash.org xəbər verir ki, bununla bağlı moderator.az-a açıqlama verən iş adamının sözlərinə görə, onun ölkəni tərk etməsinə səbəb İbrahim Nehrəmlinin daima onu təhdid etməsi, bir də ölkədə dolanışıq imkanının olmamasıdır:

\”Mən 4-ildir ki, İbrahim Nehrəmlidən haqqım olan evləri tələb edirəm. Nehrəmli hər dəfə müxtəlif adamlar vasitəsi ilə mənə zəng vurub, təhdid edib məni. O, hər dəfə məni “Bandotdella” hədələyirdi, indi gördüyüynüz kimi özü oradadır. Mən həmişə İbrahim Nehrəmlini fırıldaqçı olduğunu demişəm Zakir Qaralovdan tutmuş Qazax rayonun İcra başçısına qədər gedib başıma gətirilən qanunsuzluğu çatdırmışam amma təəsüflər olsun ki, heç kəs mənim işimə baxmayıb. “Avesta”dan 355 000 azn verib aldığım 2 evimi əlimdən aldılar. 4 ildən çoxdur 3 azyaşlı körpəmlə kirayələrdə qalmışam, qardaşlarımın, qohum, dostumun köməkliyi ilə çox çətinliklə dolanmışam. Son ayları isə maddi durumum daha da kəskinləşdi, kirayədə qaldığım evə pul verə bilmirdim. Məcburiyyət qarşısında vətənimi tərk edib Avropaya üz tutdum. Mən bura həm də ölkə prezidenti İlham Əliyevi görmək üçün gəlmişəm, prezident Avropaya səfər edəndə onunla görüşüb dərdimi İlham Əliyivə çatdırmaq istəyirəm. Azərbaycanda dəfələrlə buna cəhd etsəm də imkan vermədilər. Burda isə buna nail olacam və İlham Əliyevə Azərbaycanda başıma gələn qanunsuzluqlar haqda məlumat verəcəm, bura Qazax, Bakı deyil ki, polislər qarşımı kəsə bilsinlər”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button