Manşet

“Saakaşvilinin gəlişi artıq ölkəni dəyişib” – Gela Vaşadze

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də Ukraynadan öz vətəninə qayıtması və dərhal həbs olunması geniş müzakirələrə yol açdı. Ukrayna prezidenti Zelenskinin də onun həbsi ilə bağlı narahatlığını ifadə etməsinə baxmayaraq, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bir neçə gün əvvəl Saakaşvilinin Ukraynaya ekstradisiya olunma ehtimalının mümkün görünmədiyini, onun 6 il həbsdə saxlanılacağını vurğulayıb. Son olaraq isə ötən gün ölkə əhalisi Tbilisinin mərkəzində toplanaraq mövcud idarəçilikdən sabiq prezidentin azadlığa buraxılmasını tələb edib.

Gürcü ekspert, politoloq Gela Vaşadze ölkədəki mövcud durumla bağlı Yenisabah.az-a müsahibə verib:

– Cənab Vasadze, baş verənlərin fonunda Gürcüstanda hadisələrin bundan sonra necə cərəyan edəcəyini proqnozlaşdırırsınız?

– Heç vaxt proqnoz vermirəm, ancaq bir şeyi deyə bilərəm ki, Saakaşvilinin geri qayıtması cəmiyyətin qütbləşməsini artırdı. Bu isə vəziyyəti gözlənilməz hala gətirir.

– Ümumiyyətlə, bütün Qafqaz dövlətlərinin Gürcüstandakı demokratiyanı təqdir etdiyi vaxtda belə bir hadisənin yaşanmasını necə qiymətləndirirsiniz?

– Düzü, hazırda demokratiya təhlükə altındadır, amma bu ən pis şey deyil. Pis xəbər odur ki, Gürcüstanın dövlət qurumları təhlükə altındadır. Gürcüstanda sabitliyin pozulması təhlükəsi isə Azərbaycan və Türkiyənin milli maraqlarına birbaşa təhdiddir.

– Sizcə, dünənki mitinq Saakaşvilinin tezliklə azadlığa buraxılmasına şərait yaradacaq?

– Saakaşvili sərbəst buraxılacaq, amma heç kəs bunun nə vaxt olacağını bilmir.

– Bu tezliklə baş versə, ölkədə nə dəyişəcək?

– Saakaşvilinin gəlişi artıq ölkəni dəyişib.

– Sizcə, yaxşıya, yoxsa pisə doğru?

– İqtidar üçün pis, müxalifət üçün yaxşı aspektdən.

– Bəs gürcü xalqı üçün?

– Onlar üçün, əlbəttə ki, pisə doğru. Dövlətə qarşı qütbləşmə və təhdid həmişə pisdir, amma ölkə siyasi məzarlığa çevrilsə, hər şey daha da pis olacaq. Rusiya bundan mütləq istifadə edəcək.

– Bildiyiniz kimi, İrakli Qaribaşvili bir neçə gün əvvəl Saakaşvilinin Ukraynaya ekstradisiya olunmayacağını, 6 il həbsdə saxlanılacağını dedi. Hazırkı vəziyyətdə bu iddia nə dərəcədə real səslənir?

– Qaribaşvilinin üç həftə sonra baş nazir olub-olmayacağını heç kim dəqiq bilmir. Çox güman ki, tezliklə baş nazir olmayacaq. O, Saakaşvilinin nə qədər həbsdə qalacağını haradan bilsin?

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button