Manşet

Putinin “pis sülh” açıqlamasına reaksiya: “Bu, Azərbaycan üçün məqbul sayıla bilməz”

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasındakı çıxışında Qarabağdakı proseslərlə bağlı ictimai rəydə birmənalı qarşılanmayan fikirlər səsləndirib.

Savash.org xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya Prezidentinin ən çox müzakirə olunan “pis sülh, yaxşı müharibədən yaxşıdır” fikrinə münasibət bildirib:

“Həqiqətənmi Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır? Birincisi, Putin bu cümləsi ilə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiyanı mümkün olan nəticəni əldə edib. Yəni Putin “yaxşı müharibəni pis sülhlə” əvəz edib.

İkincisi, Putinin “yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim üçün yaxşı müharibəydi, çünki hədəf torpaqları azad etmək idi.

Üçüncüsü, Putinin “pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki Putinin təbirinsə desək, yaxşı müharibədə qələbə çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır. Kreml sahibinin məntiqindən isə belə çıxır ki, onlar üçün “hazırkı sülh də pis deyil”. Halbuki Azərbaycanla Ermənistan arasında sülh yoxdur”.

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüklərinin tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir:

“Rəsmi İrəvan buna hazır deyil, çünki sülh sazişini imzalasalar, Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qalacaqlar. Onlar buna hazır deyillər. Amma mövcud vəziyyət Kremli narahat etmir, çünki Putin “pis sülhün” davamını məqbul sayır, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək istəmir”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button