Manşet

SOCAR əməkdaşının qızı ABŞ senatorunun köməkçisi ilə lesbiyan nikahına daxil oldu

SOCAR əməkdaşının qızı ABŞ senatorunun köməkçisi ilə lesbiyan nikahına daxil olduBu, Elnarə Eynullayevanın ilk nikahı deyil.

SOCAR-ın müfəttişi Kamal Eynullayevin qızı Elnarə Eynullayeva ABŞ senatorunun müşavirinə ərə gedib.

İlk baxışda bu nikahda qeyri-adi heç bir şey yoxdur, nəzərə almasaq ki, o, eynicinsli nikahdır.

Toy bu gün Massaçusets ştatının Kuinsi şəhərində baş tutub.

Elnarə Eynullayeva və Rozali Hyuz Fatsionun təntənəli nikah mərasimində şahid qismində Massaçusets ştatından senator Maykl C. Barret iştirak edib. Bu toy bir çox amerikalı jurnalistlərin diqqətini cəlb edib, hətta nüfuzlu The New York Times da hadisə barədə yazıb.

Rozali Fatsionun 32 yaşı var və o, senator Barretin hüquq müşaviridir. Onun atası İosif Fatsio Kembric universitetinin idarələrindən birində vitse-prezidentdir.

Elnarəyə gəldikdə isə, onun 28 yaşı var, Trinitiy Partners-də səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis işləyir. O, Massaçusets universitetini əla qiymətlərlə bitirib və Konnektikut ştatında magistr dərəcəsi alıb.

Elnarə Eynullayeva Bakıda Kamal və Tünzalə Eynullayevaların ailəsində dünyaya göz açıb. Tünzalə Eynullayeva hazırda Massaçusetsdə yaşayır və dəri materiallara qulluq üzrə Dilaura Natuarls adlı kiçik şirkət açıb.

Elnarənin atası Kamal Eynulla isə SOCAR-da müfəttiş işləyir. Bu, Elnarənin ilk nikahı deyil. Birinci boşanma ilə başa çatıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button