Manşet

Zəngilanda işləmək istəyənlər oxusun: İş yerləri açıldı – SİYAHI

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.  Dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Qeyd edək ki, hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.  Hazırda Zəngilanda özəl investisiya və məşğulluq layihələri mövcuddur. Bu layihələr sayəsində vətəndaşlar üçün yaradılan iş yerlərinin siyahısını təqdim edirik:

Camışçılıq ferması və camış südünün emalı: 30 iş yeri

Əmtəə betonunun istehsalı zavodu: 23 iş yeri

İntensiv xurma bağları: 100 daimi və mövsümi iş yeri

Otel və turizm: 30 iş yeri  

İctimai iaşə obyektləri: 44 iş yeri  

Kənd təsərrüfatı: 200 daimi və mösümi iş yeri  

Dövlət müəssisələri: 80 iş yeri.

Məlumat üçün bildirək ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar isə öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq Zəngilan və rayonlardakı vakansiyalar barədə məlumat ala bilərlər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button