Manşet

“Stalinsiz SSRİ nə idisə, Putinsiz Rusiya da o olacaq” – Tatarıstan Moskvaya meydan oxuyur

“Qanun layihəsi Rusiya subyektlərinin rəhbərlərinin prezident adlandırılmasını qadağan edir. Tatarıstan indiyə qədər bu qanuna əməl etməyən yeganə subyektdir. Respublikanın rəhbəri hələ də prezident adlandırılır”.

Bu sözləri politoloq Qabil Hüseynli Tatarıstan Dövlət Şurasının “Rusiya subyektlərində ictimai hakimiyyətlərin ümumi prinsiplər əsasında təşkili haqqında” federal qanun layihəsini dəstəkləməməsini şərh edərkən deyib.

O, bildirib ki, Kreml bununla unitar sistemin təməllərini atmaq, eyni zamanda türk xalqlarını assimilyasiya etmək istəyir:

“Tatarıstan hazırda Rusiya daxilində həm say tərkibinə, həm də sənaye potensialına görə xüsusi çəkiyə malik respublikadır. Son illərdə aparılan islahatlar, verilən qərarlar görünür, Kremlin gözünü qorxudub. Kreml ikinci bir Çeçenistan böhranı ilə üzləşməmək üçün indidən güclənə biləcək bütün subyektləri zəiflətmək istəyir”.

Politoloq düşünür ki, Qərbin sanksiyaları Rusiyanı sıxdıqca daxildəki subyektlər başlarında Kremli görmək istəmir:

“Bu gün Rusiyada hakim siyasi elita arasında belə bir xof hakimdir ki, gec-tez Rusiya SSRİ-nin aqibəti ilə üzləşəcək və ikinci dəfə parçalanacaq. Prinsip etibarilə bu mümkünsüz deyil. Stalinsiz SSRİ nə idisə, Putinsiz Rusiya da o olacaq. Yəni Rusiya gec-tez Qərbin təzyiqlərinə dözməyəcək və daxildəki subyektlərin narazılıqları ilə üzləşəcək”.

Turan Rzayev

sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button