Manşet

“O, xəstəxanaya köçsə, çevriliş olacaq” – Həkimlər Saakaşvilinin saxlandığı həbsxanada

Rustavidə eks-prezident Mixeil Saakaşvilinin saxlanıldığı həbsxana yaxınlığında polis və təcili yardım briqadasının olduğu avtobus səfərbər edilib.

Həbsxana rəhbərliyi siyasətçini  xəstəxanasına köçürməyə hazırlaşdığı məlumatı var, lakin bunun rəsmi təsdiqi yoxdur.

Bir gün əvvəl Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze demişdi ki, lazım gələrsə, qurum Saakaşvilini klinikaya aparmaq üçün helikopterdən istifadə edəcək, amma indi xəstəxanaya yerləşdirməyə ehtiyac yoxdur.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti isə Mixeil Saakaşvilinin xəstəxanaya köçürülməsi sayəsində gözlənilən dövlət çevrilişi barədə xəbərdarlıq edib.

“Sputnik Qruziya”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button