Manşet

Kimin pensiyası nə qədər artacaq? – Hesablama Palatasının rəyi

2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq, 343,2 manat məbləğinə çatdırılması proqnozlaşdırılır.

“SAVAŞ” bu barədə Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”inə istinadən xəbər verir.

Rəydə qeyd olunur ki, növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair DSMF tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ilin əvvəlində orta aylıq pensiya məbləği 341,6 manat, ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır.  Yəni, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2%) artaraq 371,9 manat (2021-ci ildə 331,2 manat), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 38,0 manat (14,6%) artaraq 298, 9 manat (2021-ci ildə 260,9 manat), ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin isə 34,8 manat (13,2%) artaraq 297,8 manat (2021-ci ildə 263 manat) olacağı gözlənilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button