Manşet

Araik Arutyunyan Qarabağ ermənilərini silahlanmağa çağırıdı

Xankəndidə qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan yerli əhalini silahlanmağa çağırıb.

Rusiya mediasının məlumatına görə, A.Arutyunyan bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün silah saxlamaq haqqında “qanuna” dəyişikliklər olunacağını bildirib.

Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik “Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə qeyd edib.

yenisabah.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button