Manşet

Rusiya sülhməramlıları Xocalıda kilsə tikdilər – Bakıdan icazə alınıb?

Dağlıq Qarabağda Xankəndi yaxınlığındakı rus hərbi şəhərciyi ərazisində ilk pravoslav kilsəsi açılıb.

“SAVAŞ”ın məlumatına görə, bu barədə çərşənbə günü TASS-ın müxbiri məlumat verib.

Təntənəli açılış mərasimində Cənub hərbi dairəsi qoşunlarının komandanı Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.

“Çox təəssüf ki, Qarabağda rus kilsələri qalmayıb. Sovet illərində hamısı bolşeviklər tərəfindən məhv edilib və bu səbəbdən tikilmiş Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət qazanır”, deyə mərasimdə “Stepanakert rus icmasının sədri” Aleksandr Bodrov bildirib.

Kilsənin məhz harada yerləşdiyi açıqlanmır. Amma bir müddət əvvəl Xocalı aerodromu yaxınlığındakı ərazidə kilsə tikildiyi barədə məlumat yayılmışdı. Bu kilsənin kimin tabeliyində olacağı – Bakı Yeparxiyasının tabeliyində olub-olmayacağı da aydın deyil. Onun tikintisinə kimin icazə verdiyi və rəsmi Bakının bu tikintiyə razılıq verib-vermədiyi barədə də məlumat yoxdur

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button