Manşet

Dünyanın sonu gələndə xilas üçün hansı ərazilərə sığınmalı? – Alimlər yekdilliklə bu 5 ölkənin adını çəkdi

Alimlər planetimizin ehtimal edilən qlobal çöküşü zamanı sığınmaq üçün ən təhlükəsiz ölkələri müəyyən ediblər.

Bu  ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya və İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir.

Tədqiqatçılar mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan, enerjiyə əsaslanan qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu ziyana görə bəşər sivilizasiyasının “təhlükəli vəziyyətdə” olduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, COVID-19-dan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.

Belə bir çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün ölkələr öz əhalisi üçün ərzaq yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri və bəzi istehsal imkanları əsasında sıralanıb.

“Sustainability” jurnalında dərc edilən araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq satın aldıqları bildirilir.

İngiltərədəki Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutunun professoru. Dr. Aled Jones: “Yeni Zelandiyanın siyahımızda olması bizi təəccübləndirmir. Belə qənaətə gəldik ki, sərhədlərin asanlıqla mühafizə oluna bildiyi və iqlimi mülayim olan ərazilər ən təhlükəsiz ərazilərdir. Beləliklə, əsas adaların siyahının başında olduğu aydın görünür” deyə, qeyd edib.

Professor fikirlərinə belə davam edib: “Böyük Britaniyanın mümkün fəlakətə qarşı güclü olması bizi çox təəccübləndirdi. Ölkədə əhali sıx şəkildə yaşayır və ərzaq ənənəvi olaraq xaricdən istehlak olunur. Hazırda bu ölkə öz qida tələbatının yalnız 50 faizini istehsal edir. Amma onun zərbələrə tab gətirmək potensialı var”.

Tədqiqat müəllifləri onu da vurğulayıblar ki, dünyanın gələcəyi ətraf mühitin məhv olması, məhdud resurslar və əhalinin artması səbəbindən böyük təhlükə altındadır.

Əzizə Zeynal

 

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button