Manşet

“Azərbaycan qoşunları Ermənistan ərazisinə soxulub” – Paşinyan müdafiə nazirini işdən niyə çıxardığını açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, Milli Assambleyanın spikeri Alen Simonyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan və “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak edib.

Savash.org erməni mediasına istinadla xəbər verir ki, Nikol Paşinyan çıxışında Azərbaycanı Ermənistanın dövlət sərhədini poznaqda günahlandırıb.

“Dünəndən bu tərkibdə müxtəlif formatlarda bir neçə görüş keçirmişik, müzakirələr aparmışıq. Müzakirələrin mövzusu Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrindən birində Azərbaycan qoşunlarının Ermənistan Respublikasının ərazisinə soxulması faktı olub. Bu gün görüşümüzün məqsədi müzakirələrimizi yekunlaşdırmaq, eləcə də baş verənlər barədə ictimaiyyətimizə dolğun məlumat verməkdir”, – deyə baş nazir Nikol Paşinyan görüşün əvvəlində bildirib.

O, Karapetyanın Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilməsi və bu vəzifəyə Suren Papikyanın təyin edilməsi barədə qərar qəbul etdiyini bildirib.

“Bu qərar dünəndən bu yana baş verən hadisələrin təhlili nəticəsində verilib. Səhər mən cənab Karapetyanı dəvət etdim və ona müdafiə naziri kimi gördüyü işlərə görə təşəkkür etdim, dedim ki, görülən işləri yüksək qiymətləndirirəm, lakin hazırda vəziyyət məni müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı qərara vadar etdi”.

Orxan

Savash.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button