Manşet

“Kim nə deyir, desin…” – Keçmiş XİN rəhbəri sərhəd təxribatlarındakı “kənar barmaq”dan danışdı

Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif istiqamətlərindən ard-arda genişmiqyaslı təxribatlar törədir.

Maraqlıdır, indiki halda Ermənistan gərginliyi artırmaqla nəyə nail olmağa çalışır?

Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, Rusiya başda olmaqla regionda marağı olan qüvvələr yenidən aktivləşib:

“Kim nə deyir desin, bu gün böyük güclərin marağına uyğundur ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə aktuallığını saxlasın. Söhbət heç də Qarabağdan getmir. Məsələ ondadır ki, regionda marağı olan böyük güclər anlayır ki, Qarabağda gərginliyi davamlı olaraq saxlamaq artıq xərc tələb edir. Buna görə də düşünürəm ki, münaqişə strateji olaraq Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçir. Hazırda sərhədboyu təxribatlar, gərginlik bunun sübutudur”.

Diplomatın sözlərinə görə, münaqişənin Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçməsi regiona müşahidəçilərin peyda olmasına, həmsədrlərin monitorinqlərinə səbəb olacaq:

“Bu gün Ermənistanın Azərbaycana qarşı aktiv hərbi əməliyyatlara başlamaq potensialı yoxdur. İndiki halda Ermənistanda bir çox güc mərkəzləri fəaliyyət göstərir. Hansı ki, bu güc mərkəzlərinin bir hissəsi Paşinyanı, digər bir hissəsi Köçəryanı dəstəkləyir. Hətta siyasətdən uzaq qalmalı olan ordu belə bu güc mərkəzlərinin təsirindədir. Təsadüfi deyil ki, Ermənistanda son bir ildə 4 dəfə müdafiə naziri dəyişib. Bu mənada hesab edirəm ki, hazırkı siyasi böhran istər sərhəddə, istərsə də Ermənistan daxilində davam edəcək”.

Turan Rzayev

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button