Manşet

Bakı mühasirəni daraldır, Paşinyanın çıxmağa bircə “qapısı qaldı” – Nə baş verir?

“Sərhəddə atəşkəsdən bir gün sonra siyasi gündəlik açıqlandı. Rəsmi Bakı açıq mesaj verdi ki, sərhəddə gərginliyin sona çatmasının yolu delimitasiyadan keçir”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, rəsmi Ankara da İrəvana çıxış yolunun Bakı ilə razılaşmaq olduğunun mesajını verdi:

“Çavuşoğlu bildirdi ki, Ermənistan məğlub olacaq, yeganə yolu sülh və sabitlikdir. Rəsmi Moskva sərhədin müəyyənləşməsinin vacibliyini gündəmə gətirdi. Rusiya XİN bildirdi ki, son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası prosesinin vacibliyini göstərir.

Bölgədə üç əsas oyunçunun gündəliyi eynidir və bu, Ermənistan üçün yalnız bir açıq qapı saxlayır: sərhədin delimitasiyası və demarkasiyasına razılaşmaq. İrəvanın əks mövqeyi “məcburetmə əməliyyatının” davam etməsi deməkdir”.

ANərimanlının sözlərinə görə, rəsmi İrəvan sülhə hazır olduğunu bəyan edir, lakin öz gündəliyi var:

Paşinyan deyir ki, biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və indi də edirik. Amma o, bəyan edir ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlməlidir. Bu isə, Bakının sülh gündəliyinə uyğun deyil. Paşinyan yeni gündəlik təqdim edir və məqsəd Minsk Qrupu çərçivəsində “Qarabağ məsələsini” aktuallaşdırmaqdır. Döyüşlərdən sonra da İrəvanın bunu irəli sürməsi göstərir ki, Paşinyanı dəstəkləyən qüvvə bölgədən kənarda – Qərbdədir.

Nikol da anlayır ki, regionun gündəliyindən uzun müddət imtina edə bilməyəcək: danışıqlarda mümkün qədər nəsə əldə etməyə çalışır; bunun üçün həm də Qərbin bölgəyə gəlmək istəyindən rıçaq olaraq istifadə edir”.

Turan Rzayev

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button