Manşet

İcra başçısını bitirəcək görüntülər: Sərxoş halda xanımlarla əylənir – FOTOLAR

İcra başçısını bitirəcək görüntülər: Sərxoş halda xanımlarla əylənir - FOTOLARXəbər verdiyimiz kimi, ötən gün Olimpiya məşəlinin Zərdab rayonuna aparılması ilə bağlı rayonun icra başçısı Lütfəli Babayev əyləncə təşkil etmişdi.

Əyləncə zamanı icra başçısının içkili olduğu, qonaq xanımlara qarşı həddindən artıq səmimi davrandığı, onların isə bundan rahatsız olduğu da diqqətdən yayınmayıb.

Savash.org xəbər verir ki, rayonda olan etibarlı mənbədən arqument.az-a verilən məlumata görə, icra başçısının xanımlarala çəkilən səmimi fotolarının mətbuatda tirajlanmasına görə başı ağrayıb. Belə ki, “yuxarılar” Lütfəli Babayevin icra başçısı kimi bu hərəkətlərinə görə onu məzənnət ediblər. Çətin vəziyyətə düşən başçı bu fotoları çəkənin təəcili tapılması və ən sərt formada cəzalandırılması üçün ətrafındakılara tapşırıq verib.

Xatırladaq ki, Zərdab rayonunun icra başçısı Lütfəli Babayevin adı mətbuatda bundan öncə də rayonda gördüyü quruculuq işləri ilə deyil, xanımlarla bağlı mövzularda hallanıb. Bir müddət bundan öncə rayon sakini Şölə Səfərəliyeva Lütfəli Babayevi onu zorlamağa cəhddə günahlanıdrmış və bu məsələ ölkə gündəmində bir xeyli müzakirəyə səbəb olmuşdu.
İcra başçısını bitirəcək görüntülər: Sərxoş halda xanımlarla əylənir - FOTOLAR
İcra başçısını bitirəcək görüntülər: Sərxoş halda xanımlarla əylənir - FOTOLAR
İcra başçısını bitirəcək görüntülər: Sərxoş halda xanımlarla əylənir - FOTOLAR

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button