Manşet

Sevinc Osmanqızının gülüşü İlqar Məmmədovu əsəbiləşdirdi – Video

Xəbər verdiyimiz kimi, ötən həftə “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü – Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə Ali Məhkəmənin Plenumu tərəfindən bəraət verilib. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib və onlara kompensasiya veriləcək.

“SAVAŞ” xəbər verir ki, sözügedən mövzu ilə bağlı REAL Partiyasının sədri İlqar Məmmədov jurnalist Sevinc Osmanqızının verilişində çıxış edib. Veriliş isə gərgin anlarla yadda qalıb. Belə ki, məsələ ilə bağlı qonağının çıxışına jurnalistin istehzalı gülüşü İlqar Məmmədovun əsəbiləşməsi ilə nəticələnib.

Partiya sədri əvvəlcə qeyd edib ki, cari ilin sentyabrında Avropa Şurasının Nazirlər Komitəsi qərarına əsasən, 18- ci maddə ilə Azərbaycanda hökm almış və ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə İlqar Məmmədov və Rəsul Cəfərov işindəki örnəyə əsasən bəraət verilməlidir:

“Noyabrın 19-da Ali Məhkəmə Avropa Şurası Nazirlər Komitəsinin qərarına müsbət cavab verərək 4 nəfər NİDA- çıya bəraət verdi. Siyahıda hələ bir neçə adamlar qalır.  Bunlar İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimlidir. Bu şəxslər də bəraətlərini alacaqlar.

Bu yolu ilk mən keçərək örnək yaratdım. Bu tək Azərbaycan üçün deyil, Avropa Şurasının 47 ölkədən ibarət hüquqi məkanı üçün presedentdir. Bu yolu Avropada heç kim axıra kimi getməmişdi. Biz o vaxt bunu deyəndə bəzi adamlar bizi anlamırdılar deyirdilər ki, “ay satıldılar”, uydurma damğalar yapışdırırdılar. Bütün bunların üzərindən bugünkü qərar xətt çəkdi. Bu bir daha onu göstərir ki,  Azərbaycanın hüquqi məkanı Avropanın hüquqi məkanı ilə eyniləşdirilib”.

Elə verilişin gərgin dəqiqələri də bundan sonra başlayıb. Partiya sədrinin “bu nümunənin bütün Avropa üçün örnək olduğunu” deməsinə S. Osmanqızı istehzalı gülüşlə reaksiya verib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button