Manşet

“Paşinyan Brüsseldə Əliyevlə heç bir sənəd imzalamayacaq” – İrəvandan açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində dekabrın 15-də baş tutacağı gözlənilən görüşdə ikitərəfli münasibətlərə dair proseslərə aid olan sənədlərin imzalanması nəzərdə tutulmur. Baş nazirin müavini Mqer Qriqoryan “Hraparak” qəzetinə açıqlamasında belə deyib.

“Hazırda sənədin imzalanmasına dair razılaşma yoxdur”, – Qriqoryan bildirib. Onun sözlərinə görə, Rusiya tərəfinin Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair bu günlərdə daxil olmuş təklifinin də iki ölkə rəhbərlərinin qarşıdakı görüşünə aidiyyatı yoxdur.

“Heç bir səfərin və ya görüşlərin bu proseslə bağlılığı yoxdur. İstənilən halda  bu prosesi həyata keçirmək lazımdır, məsələ ondadır ki, görüş olacaq ya yox, bunun işə birbaşa aidiyyatı yoxdur”, – Ermənistan baş nazirinin müavini suala belə abstrakt cavab verib.

Xatırladaq ki, bir neçə gün əvvəl baş nazir Paşinyan Rusiya Müdafiə Nazirliyindən Yerevana sərhədlərin demarkasiyasına və delimitasiyasına dair təklif daxil olduğunu açıqlayıb. Həmin təklifin erməni tərəfi üçün “məqbul olduğunu” bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button