Manşet

Moskva təsdiqlədi – Bir neçə gündən sonra Soçidə üçtərəfli görüş olacaq

Noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu haqda informasiyanı Kreml yayıb.

Mənbə yazır ki, görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın bərqərar olması üçün gələcək addımlar müzakirə ediləcək, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.

Bununla yanaşı, Putin İlham Əliyev və Paşinyanla ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacaq.

Bizim.media

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button