Manşet

“Soçi görüşünün detalları açıqlansa, ictimaiyyət ayağa qalxar” – Tofiq Zülfüqarovdan açıqlama

Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif olan generalların növbəti dəfə atəşkəsi pozmağa cəhd göstərəcəkləri haqda versiyalar səsləndirilir.

Maraqlıdır, Soçi görüşü zamanı, yaxud görüşdən sonra Ermənistanla Azərbaycanın dövlət sərhədində hərbi əməliyyatlar yenidən başlaya bilərmi?

“SAVAŞ”-ın məlumatına  görə, mövzu ilə bağlı sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, Soçi görüşündən sonra ehtimal edilən hərbi toqquşmanın reallaşması real görünmür:

“Məsələ ondadır ki, Soçi görüşünun nəticələrinin bütövlükdə ictimaiyyətə açıqlanacağını gözləmirəm. Bunun da obyektiv səbəbləri var. Bildiyiniz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Soçi görüşü öncəsi mətbuat konfrası keçirdi və Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərlə bağlı barışmaz mövqeyini sərgilədi.

Hiss olunur ki, həm Azərbaycan, həm də bəzi məqamlara görə Rusiya Ermənistana təzyiq etməkdə israrlıdır. Ehtimal ki, Soçi görüşü zamanı bu təzyiq ediləcək. Çünki 10 noyabr bəyanatının imzalanmasından bir il ötməsinə baxmayaraq, bəzi məsələlər hələ də öz həllini tapmayıb. Həm vasitəçi Rusiya, həm də Azərbaycan bu vəziyyəti qəbul etmək istəmir. Düşünürəm, elə Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirməsi də məhz bununla əlaqədardır”.

Diplomatın sözlərinə görə, Soçi görüşünü bütün təfərrüatı ictimayətə açıqlansa Ermənistan cəmiyyəti ayağa qalxa bilər:

“Buna görə də deyə bilərəm ki, Soçi görüşündən sonra ictimaiyyətə açıqlanacaq detallar heç də bütün təfərrüatları əhatə etməyəcək. Yəni gizli mətləblər açıqlanmamış qalacaq. Xüsuilə Ermənistanın öhdəlik götürəcəyi məsələlər ictimaiyyət üçün əlçatmaq olacaq”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button