Manşet

“Həbs edilənə qədər Gürcüstanı gəzdim…” – Saakaşvilinin məhkəmə çıxışı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün Tbilisi şəhər məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarına cavab olaraq ictimaiyyətə müraciət edib.

Saakaşvili qeyd edib ki, Gürcüstana gələndə bir neçə gün insanlarla ünsiyyət qurmaq imkanı olub və onların çox ağır yaşadıqlarını görüb:

“İlk növbədə küçədə dayanan insanları salamlamaq, gürcü cəmiyyətini salamlamaq istəyirəm. Bir neçə gün Gürcüstanı gəzdim, həbs edilənə qədər insanlarla ünsiyyətdə olmaq imkanım oldu, gördüm ki, insanlar çox əsəbidirlər, tutqundurlar, insanlar demək olar ki, gülümsəmirlər, çox narazıdırlar”.

Keçmiş prezident tərəfdarlarını “bütün bunlara birlikdə son qoymağa” çağırıb.

“Əziz gürcü xalqı, sizdən soruşmaq istəyirəm: ölkədə qürur hissi, inkişaf tempi, yenilik və bərpa, sevgi və hərarət, qələbə üçün darıxırsınızmı? Hazırda baş verənlərə son qoymaq üçün hamımız birlikdə çalışaq”, – Saakaşvili bildirib.

“Bu, ən böyük rüsvayçılıqdır. Mən Gürcüstanın 400 il əvvəl həbsdə olan kral Luarsabdan sonra ilk qubernatoruyam”, – deyə keçmiş prezident müraciətində ifadə edib.

Gürcüstan Prokurorluğun açıqlamasına görə, Saakaşvili sentyabrın 29-da Ukraynadan gizli şəkildəsüd məhsulları daşıyan qoşqu ilə dəniz yolu ilə Poti limanına gəlib. Bu işdə ona bir neçə nəfər, qoşqu sahibi və sürücü, habelə gömrükçülər kömək edib. Onlardan 3-ü hazırda saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Saakaşvili oktyabrın 1-də həbs edilib. O, özünü siyasi məhbus elan edib və Qoridəki hərbi hospitala aparılmazdan əvvəl 50 gün aclıq aksiyası keçirib. Hazırda onun məhkəməsi  davam edir.

unikal

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button