Manşet
Saray bələdiyyəsinin sədri və həyat yoldaşı qətlə yetirildi – ŞOK
Azərbaycanda amansız qətl gerçəkləşib. Savash.org-un məlumatına görə, ötən gecə Saray qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və əri amansızcasına qətlə yetirilib.
Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır.
Bələdiyyənin xanım sədri və onun ərinin hansı səbəbdən qətlə yetirildiyi bəlli olmasa da qətli törədən şəxslərdən birinin kimliyi məlum olub Onları Laçınlı Fədail kimi tanınan şəxsin öldürdüyü bildirilir.