Manşet

Qərb diplomatları: “ABŞ Əliyev hakimiyyətini devirməkdə israr edir…”

Qərb diplomatları: “ABŞ Əliyev hakimiyyətini devirməkdə israr edir...”ATƏT-in Bakıdakı Layihə Koordinatorluğu ətrafında baş verənlərə dair bu dəfə Avropa mənbələri sensasion məlumatlar yayıb.

Virtualaz.org saytı xəbər verir ki, EurActiv.com Bakıdakı və Vyanadakı Qərb diplomatları ATƏT-in Layihə Koordinatorluğunun fəaliyyətinin dayandırılmasına dair Azərbaycan hakimiyyətinin verdiyi qərarın yeganə günahkarının ABŞ olduğunu bildiriblər.

Xəbər verildiyi kimi, Azərbaycan XİN ATƏT-in Vyanadakı mənzil-qərargahına göndərdiyi diplomatik notada Bakıdakı Layihə Koordinatorluğunun fəaliyyətinə artıq ehtiyac olmadığını, onun bağlanması üçün iyulun 4-nədək vaxt verildiyini bildirib. Portal qeyd edir ki, bu tarixin seçilməsi də simvolikdir-həmin gün ABŞ-ın Müstəqillik bayramı qeyd olunur.

“Azadlıq” radiosunun məqaləsində deyilir ki, rəsmi Bakının bu addımı beynəlxalq insan haqları təşkilatlarının və Qərb rəsmilərinin Azərbaycan hakimiyyətinə qarşı tənqidlərinin artmasına cavabdır.

“Lakin Bakıdakı və ATƏT-in Vyanadakı mənzil-qərargahındakı diplomatlar EurActiv-ə tamamilə başqa əhvalat danışıblar. Onlar deyiblər ki, əgər kimsə təşkilatın Azərbaycan paytaxtındakı ofisinin bağlanmasında günahkardırsa bu Amerka diplomatiyasıdır. Amerikalılar bu ölkədə rejim dəyişikliyində israr edirlər”- deyə diplomatlar bildiriblər.

Portal yazır ki, ATƏT-in missiyası Bakıda 2000-ci ildə açılıb. Missiya Türkiyədən olan diplomat Koray Torqayın işlədiyi müddətdə ən çətin dövrünü yaşayıb.

“Məlumata görə, 2012 ilin iyul ayından 2013-cü ilin iyul ayına qədər Tarqay ABŞ-ın təzyiqi ilə Azərbaycan hökuməti haqda çox tənqidi hesabatlar hazırlayaraq göndərib”- deyə məqalədə deyilir.

Kritik nöqtə isə 2013-cü ilin yayında yaranıb, o vaxt ATƏT missiyasının üzvləri müxalifətin icazəsiz aksiyasında iştirak edib. Məsələ bundadır ki, ATƏT missiyasının üzvləri bu cür aksiyaları müşahidə edə bilərlər, ancaq uzaqdan.

Həmin vaxt isə ATƏT missiyasının üzvləri əslində etiraz aksiyasında iştirak etmişdi. Qalmaqal böyüyüb və Azərbaycan hakimiyyəti bildirib ki, missiyanı bağlamaq istəyirlər. Belə ki, ATƏT missiyası onu qəbul edən ölkənin dəvəti əsasında açılır. Lakin Ukrayna və Türkiyə işə qarışıb, missiyanın yeni mandatla saxlanılması üçün lobbiçilik edilib.

ATƏT missiyasının statusu Layihə Koordinatorluğu səviyyəsinə endirilib. Yeni mandat isə siyasi bəyanatlarla çıxış etməyə icazə vermirdi.

Yeni mandat 2013-cü ilin iyul ayında qəbul edilib və fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə koordinatoru kimi 2014-cü ilin martından fəaliyyətə başlayıb. ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun hələ açıq olan saytında göstərilir ki, onun prioritetləri Azərbaycana ATƏT qarşısında götürülmüş öhdəliklərinin tədricən yerinə yetirilməsində kömək etmək, terrorçuluqla mübarizə, Azərbaycanda dini tolerantlığın təşviq edilməsi, dövlət təsisatları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaxşılaşdırılması, ailə zorakılığı, insan alveri, yaxşı idarəçilik layihələrinə dəstək kimi məsələlərdən ibarətdir.

Diplomatik mənbələr bildiriblər ki, yeni səfir bu mandata ciddi əmək edib və siyasi bəyanatlardan, hakimiyyəti tənqid etməkdən çəkinib. Lakin ABŞ-ın Vyanadakı səfiri Daniel Bayer israr edib ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğu daha çox siyasi rol oynasın və əsasən Vaşinqtonun Ukrayna və Gürcüstanda olduğu kimi Azərbaycanda da rejim dəyişikliyi səylərinə yönəlmiş strategiyasına uyğun hərəkət etsin.

“Diplomatik mənbələrin məlumatına görə, ABŞ və Böyük Britaniya Vyanada Fransaya, habelə ATƏT-in İtaliyadan olan baş katibi L.Zannyeraya təzyiqləri artırıblar. Nəticədə ATƏT səfirin mayın 31-də başa çatan müqaviləsini uzatmaqdan imtina edib”-deyə EurActiv yazır.

Diplomatlar bildiriblər ki, Azərbaycan hakimiyyəti Şahtaxtinskinin geri çağrılmasını bu mesaj kimi qiymətləndirib: əgər Şahtaxtinskinin xələfi da belə işləsə, onu da işdən çıxaracaqlar. Bu isə ATƏT-in layihə koordinatorunu mandatını pozmağa məcbur etməkdir. Bu da qəbuledilməz idi, nəticədə Bakı missiyanı bağlamağa qərar verdi.

Məlumata görə, Azərbaycan hələ bu hadisələrdən əvvəl ATƏT-in Vyana ofisinə ABŞ-ın Bakıdakı missiyaya təzyiqlərinin artması haqda rəsmən məlumat veribmiş.

“Xüsusi xidmət orqanlarında iş təcrübəsi olan diplomatlar ATƏT-i insan haqlarından rejim dəyişikliyi üçün bəhanə kimi istifadə edilməsinə yönəlmiş xaric i siyasətin həyata keçirilməsində alət kimi istifadə etmək istəyirlər. Lakin bu, qonşularından biri ilə müharibə vəziyyətində olan Azərbaycanda işləmir”- deyə diplomat Ermənistana işarə ilə bildirib.

ATƏT-in Bakıdakı missiyasına Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair heç bir vəzifə daxil edilməmişdi. Hansı ki, ATƏT-in Minsk Qrupu bu münaqişənin nizamlanması ilə məşğuldur.

“Amerikalılar Azərbaycanı nə qədər çox tənqid edirsə, ölkə Rusiyaya o qədər yaxınlaşır. Amerikalılar bunu istəyirdi?”-deyə qərbli diplomat sual edib.

Onun sözlərinə görə, Azərbaycan ideal ölkə deyildi, əslində heç bir ölkə mükəmməl deyil. Əgər Qərb burada vəziyyəti yaxşılaşdırmaq istəyirsə bunu inqilab yolu ilə deyil, evolyusiya yolu ilə etməli idi.

Qeyd olunur ki, əslində neft və qazla zəngin olan Azərbaycan hər hansı superdövlətlə həddən artıq yaxın olmaq və ya Avropa İtttifaqı ilə Assosiasiya sazişinə girmək istəmir. Ölkə Asiya ilə Avropa arasında, xristian və müsəlman dünyası arasında körpü rolunu oynamaq istəyir.

EurActiv.com məqalədə ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerin Azərbaycan hakimiyyətinin Bakıdakı missiyanı bağlamaq qərarına dair iyunun 8-də təşkilatın Daimi Şurasındakı bəyanatına da yer verir.

Xatırladaq ki, haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev Aleksis Şahtaxtinskinin Amerika xüsusi xidmət orqanları tərəfindən necə sıxışdırıldığı və şantaj olunduğu barədə geniş araşdırma ilə çıxış etmişdi.

İndi bu məqalədə göstərilən faktlar Bakıdakı və Vyanadakı Qərb diplomatları tərəfindən də təsdiqlənir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button