Manşet

“Saakaşvili Gürcüstana onun köməyilə keçib” – Prokuror “ukraynalı məmur” dedi, adını açıqlamadı

“Eks-prezident Mixail Saakaşvili Gürcütan ərazisinə Ukrayna hökumətində işləyən yüksək vəzifəli təhlükəsizlik məmurunun köməyi ilə daxil olub”.

Savash.org-un məlumatına görə, bunu prokuror Levan Vepxvadze deyib.

Bununla belə, Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidentinə kömək edən siyasətçinin adını açıqlamaqdan imtina edib.

“Onun kimliyi bizə bəllidir. Bu, keçmiş hökumətin təhlükəsizlik qüvvələrinin keçmiş yüksək rütbəli məmurudur. O, Saakaşviliyə sərhədi qanunsuz keçməkdə yardım edib”, – Vepxvadze vurğulayıb.

Orxan

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button