Manşet

“Üsyankar səfir”in həbsinə qərar verildi – Hesablama Palatası hərəkətə keçib

“Üsyankar səfir”in həbsinə qərar verildi – Hesablama Palatası hərəkətə keçibAzərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsi onu hakimiyyətin hədəfinə çevirib. Bir neçə gündür ki, rəsmi mətbuat, xüsusilə haqqın.az və virtualaz.org saytları diplomata “xain” damğası vurmaqla məşğuldur, hətta A.Məmmədovun xarici kəşfiyyatla əlaqələri haqda versiyalar da ortaya atıldı. Baş verən proseslərin mahiyyəti və ilıər uzunu hakim komandanın xarici siyasət sistemində mühüm mövqe tutan bir şəxsin birdənbirə “cəsarətlənməsi” haqda qəti söz demək çətindir.

Gedişatın ən maraqlı tərəfi ortada rəsmi mövqenin olmamasıdır. Belə ki, adətən bu kimi hallarda adam işdən çıxarılır, hətta mümkün olarsa haqqında cinayət işi qaldırılır. İndiki halda isə iqtidara od püskürən “qəhrəman” hələ də vəzifə başındadır. Bütün bunlarla bağlı cumhuriyyet.az-a ilginc məlumat daxil olub. Bizi bilgiləndirən mənbənin sözlərinə görə hakimiyyətin rəsmi susqunluğu yalnız tufanqabağı sakitlikdir: “Arif Məmmədovla bağlı artıq düyməyə basılıb. Sadəcə Avropa Oyunları dönəmində bu məsələ şişirdilmir. Arxa tərəfdə isə iş gedir. Artıq Hesablama Palatasında bir neçə nəfərdən ibatət qrup A.Məmmədovun fəaliyyəti ilə bağlı araşdırmaya başlsayıb və onun Avropa İttifaqında çalışdığı dönəmə aid ciddi korrupsiya faktları aşkarlanıb.” Mənbəmiz onu da bildirdi ki, Avropa Oyunlarından sonra araşdırmanın nəticələrinin tədricən media sızdırılması baş verəcək və bunu ardınca rəsmən cinayət işi qaldırılacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button