Manşet

Elza bu \”şeiri\” ilə lap ağ elədi: \”Bığsız bizim nə Vətənimiz? Bığın gərək dibi ola…\”

Elza bu "şeiri" ilə lap ağ elədi: "Bığsız bizim nə Vətənimiz? Bığın gərək dibi ola..."Xəbər verdiymiz kimi bu günlərdə əməkdar artist Elza Seyidcahanla şair Şəhriyar Del Gerani arasında böyük qalmaqal yaşanmışdı.

Belə ki, ANS TV-də yayımlanan “Günəbaxan” verilişində Şəhriyar Delı Gerani müğənnini “nadanlıq”da günahlandırmışdı. Bundan hiddətlənən əməkdar artist şairə \”sizi ancaq bığınızdan tanımaq olar. Xahiş edirəm onu heç vaxt qırxmayın\” demişdi.
Bu gün isə Elza Seyidcahan Şəhriyar Del Geraniyə həsr etdiyi “Heç utanırsan bığından?” adlı yeni şerini təqdim edib.

Bu barədə musavat.com-un əməkdaşına danışan Elza Seyidcahan şairi “dırnaq arası bığılı kişi” adlandırıb:

“Bəli, bu mövzunu mənə elə Şəhriyar Del Gerani verdi. O, “dırnaqarası bığlı kişi”lərdəndir.
Bəziləri özlərini çox ağıllı aparmaq istəyir. Hətta böyük şairlərimiz, o cümlədən Nüsrət Kəsəmənli, Bəxtiyar Vahabzadə kimi simaları pisləməkdən çəkinmir. Onlar bığ saxlayıb özlərini kişi kimi aparmaq istəyirlər, lakin o bığa heç vaxt layiq olmayıblar.
İstəməzdim ki, onu təhqir edim. Lakin bu şeirimlə bığın fəlsəfəsini açmağa çalışdım. Nə qədər müasirləşsəq də adət-ənənələrimiz, kökümz olduğu kimi qalır. Bu bizə dədə-babalarımızdan, Koroğludan, Qaçaq Nəbidən yadigar qalıb. Adətdir ki, bığı çıxan gənclərə deyirlə ki, “artıq sənin bığın çıxıb özünü çox ağıllı apar”. İndi də mən üzümü tutub o şəxslərə deyirəm – ağıllı olun!”

Əməkdar artist hər zamn haqsız olaraq mühakimə olunduğunu deyib:
“Həmişə məni haqsız yerə mühakimə ediblər. Lakin sonda mən qalib gəlmişəm.
Həmin verilişdə İradə Tuncay mənə sual verdi: “sizi şeir yazmağa nə vadar edir?” Cavab verdim ki, həyatda yaşadıqlarımız, bəzi pis insanlar məni şeir yazmağa vadar edir.
Bir xanım hansısa kişiyə qarşı kobudluq etsə belə kişi ona qarşı kobudluq etməməlidir. Üstəlik o təkcə Elza Seyidcahana qarşı deyil, ölkənin əməkdar artistinə qarşı böyük hörmətsizlik etdi. Bu kişiyə yaraşan hərəkət deyil”.

Musavat.com əməkdar artist Elza Seyidcahanın yeni şerini olduğu kimi təqdim edir:

“Bığ bizimdir
Bığımız bizim
Sahibi bizim
Bığına layiq olmayan isə
Döyər dizin
Bir bığımız
Xəncərimiz
Sözünü deyib
Səngərimiz
Bığsız bizim nə Vətənimiz?
Bığın gərək dibi ola
Bığ dibinin cibi ola
Cibin dibi tikik ola
Tikik cibdə bir göz ola
Sözlər gözu doydura
Doydura-doydura soydura
Soydurandan sonra bığı
Soldura.
Bığlı kişi hikmətdir.
Yıxıq evi tikməkdir
Tikə-tikə hər işini
Cizməkdir,
Bilməkdir,
Sezməkdir.
Hər şeyi qurtaranda,
Özünə sarı
Çevirməkdir.
Çevrilməyən bığsız kisi
Devrilməyən bığlı kişi
Yazılmayan qadın işi
Görülməmiş pisin pisi .
Bığın bığdır
Bilirsən kişi?
Səndə yoxdur kisinin işi
O bığın səndə nə işi?
Bığlı kişi
Bığıvı qırx ki,
Bil işini.
Bığ bilmir
Necə yusun dişini ?
Pis yolda qoyma kişini!
Kişidi bığ
Kişidə bığ
Bığdı bığ
Sendə bığ
Tıxdı tıx
Boğazdan tut
Tıxından çıx
Aldatdı məni bığın
Saldı odlara tıxın
Məyus etdi məni bığın
Məhv etdi seni tığın
Üzr istə sən
Bığından
Çıxdın sən öz
Qınından
Səndən utandığından
Sən de utan
Bığından
Tutan bığından
Heç utanırsan
Bığından???”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button