Manşet

Lider TV-dən inanılmaz saxtakarlıq: Badamdar sakinini ingilis jurnalist kimi təqdim etdilər

Lider TV-dən inanılmaz saxtakarlıq: Badamdar sakinini ingilis jurnalist kimi təqdim etdilərHakimiyyətin Avropa Oyunları ilə yadda qalacaq müdhiş fırıldağı

Azərbaycan telekanallarının ölkəmizə gəlmiş hansısa əcnəbini tapıb, ondan inkişaf haqda təriflər alması camaatımız üçün yenilik deyil. Avropa Oyunları ilə əlaqədar bu təcrübəyə son günlərdə daha intensiv müraciət olunur. Telekanallarımız az qala, Oyunlara görə Azərbaycana gəlmiş əcnəbi idmançı və başqa şəxslərin hər birindən tərifli açıqlama almağa çalışır. Azərbaycan tamaşaçıları isə bu teletəriflərin əvvəlcədən hazırlanmış və saxta olduğunu heç dəlil-sübuta ehtiyac duymadan da qəbul edir.

Amma bu dəfə ortaya dəhşətli bir dəlil-sübut da çıxıb. Yox, söhbət ondan getmir ki, hansısa əcnəbiyə kameraya söyləməsi üçün hazır mətn veriblər və ya əcnəbinin səsini batıraraq əslində demədiklərini tərcümə adı altında özləri deyiblər. Bu dəfə tamaşaçıya əcnəbi kimi əcnəbi olmayan birini sırıyıblar. Lider televiziyasının əməkdaşları ya danışdırmağa əcnəbi tapmayıblar, ya da saxtakarlıq qabiliyyətlərinə güvənərək, buna sadəcə ehtiyac duymayıblar. Odur ki, Seymur Səfərov adlı azərbaycanlını öz tamaşaçılarına Azərbaycana gəlmiş ingilis turist Ceyms Bonar kimi təqdim ediblər. Bu saxta ingilis də Azərbaycanın inkişaf səviyyəsinə görə hətta İngiltərəni də geridə qoyduğu haqda nağıl danışmağa başlayıb.

Bəs kimdir bu Ceyms-ə çevrilmiş Seymur? Hakimiyyətin ən bərkgedən telekanalının dünya fırıldaqlar tarixinə düşəsi saxtakarlığının üstü Meydan.tv-nin facebook səhifəsində açılıb. Orada göstərilib ki, Anadolu türkləri demiş, bu yapma Ceyms Cəbrayıl rayonundan məcburi köçkündür. “Baku-2015”in könüllülərindən biridir. Hazırda Badamdar qəsəbəsində yaşayır. Sübut kimi isə adamın facebook profilinin fotosurəti təqdim olunub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button