Manşet

Azərbaycanlılar Xankəndiyə qayıdır – Paşinyan elan etdi, Zaxarova təsdiqlədi

“Sualınızın cavabı üç ölkə liderinin 9 noyabr 2020-ci il tarixli bəyanatında yer alıb”.

“SAVAŞ”-ın məlumatına görə bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ azərbaycanlılarının öz vətənlərinə qayıtmalı olduğu və İrəvan onların Qarabağda yaşamaq hüququna etiraz etməyəcəyi barədə bəyanatını şərh edərkən bildirib. .

“Sualınızın cavabı üç ölkə liderinin 9 noyabr 2020-ci il tarixli bəyanatında yer alıb. O cümlədən, 7-ci bənd birbaşa sitatdır: “Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti və rəhbərliyi altında Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar. Buna əlavə ediləcək bir şey yoxdur”, – deyə Zaxarova bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğal altındakı bir çox ərazilərə nəzarəti ələ keçirib. Rusiya sülhməramlılarının nəzarətində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan (Şuşa və Hadrut istisna olmaqla) ərazilərlə bağlı məsələ isə hələ də açıq qalır.  Nikol Paşinyanın məlum bəyanatı və Kreml rəsmisinin həmin bəyanata şərhi isə azərbaycanlıların yaxın zamanda  Xankəndi də daxil olmaqla keçmiş DQMV ərazilərinə qayıdışının mümkünlüyünə işarədir.

Orxan

Savash.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button