Manşet

Qarabağda yarımçıq qalan işimiz – Növbəti ildə Rusiya-Azərbaycan toqquşması ola bilərmi?

Başqa çatmaqda olan 2021-ci il Azərbaycan üçün necə keçdi? Hakimiyyət 44 günlük müharibə əldə olunan zəfəri diplomatik, siyasi müstəvidə qoruyub-saxlaya, davam etdirə bildimi? Nəhayət, mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan xarici siyasət prioritetlərini həyata keçirə bildimi?

Bu suallara cavab axtardıqca cari ilin mənzərəsini tam olaraq təsəvvür etmək olar. Ona görə də 12 ayda baş verən mühüm hadisələrə diqqət yetirək.

2021-ci ildə Azərbaycan dövlətinin və cəmiyyətinin başlıca mövzusu yenə Qarabağdır. Çünki 44 günlük müharibədə qazanılan zəfər məlum səbəblərdən münaqişəni tam olaraq həll edə bilməyib. 10 noyabr üçtərəfli bəyanatının bir neçə bəndi yerinə yetirilməyib. Nəticədə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın suverenliyi təmin olunmayıb, işğalçı ordunun qalıqları bölgədə qalır, Laçın dəhlizində dövlət sərhədi nəzarətsizdir, habelə separatçı erməni azlığı Moskvanın açıq dəstəyi ilə cinayətkar fəaliyyətini davam etdirir.

Amma bununla belə Azərbaycan aşağıdakı bir neçə vacib uğura imza ata bilib:

1. Qarabağın statusu məsələsi tamamilə beynəlxalq gündəmdən çıxarılıb və nəticədə Ermənistanın Baş naziri Qarabağın gələcək taleyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll olunacağını qəbul edib.

2. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilib.

3. İl ərzində Qarabağ ətrafında və dövlət sərhədində baş vermiş bütün hərbi toqquşmalarda Azərbaycan Ordusunun birmənalı hərbi üstünlüyü nümayiş etdirilib.

4. Gorus-Qafan yolunun Qubadlı rayonu istiqamətindən keçən 21 kilometrlik hissəsinə sərhəd, gömrük nəzarəti bərpa olunub.

5. Zəngəzurdan Naxçıvan Muxtar Respublikasına çəkiləcək dəmir yolu və avtomagistralla bağlı Ermənistanla siyasi razılaşma əldə olunub.

6. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin dəstəyi ilə yenidən komplektləşdirilməsi, işğaldan azad edilən ərazilərdə yeni hərbi hissələrin yaradılması, ordunun hərbi arsenalının müasir silahlarla zənginləşdirilməsi istiqamətində vacib işlər görülüb.

 

 

Qeyd edək ki, Ermənistanda gedən daxili mübarizədən Baş nazir Nikol Paşinyanın qalib çıxması, erməni cəmiyyətinin ona birmənalı dəstək verməsi rəsmi İrəvanın bundan sonra reallığa daha yaxın mövqe tutmasını şərtləndirir. Bu da Azərbaycanın işini xeyli asanlaşdırır. Həm Ermənistanda, həm Rusiyada, həm də Qərbdə obyektiv təhlilçilər bildirirlər ki, bundan sonra Qarabağ münaqişəsini davam etdirməyin heç bir perspektivi yoxdur.

Əvvəla, müharibədən darmadağın olaraq çıxan Ermənistanın bu oyunu davam etdirmək üçün nə siyasi, nə iqtisadi, nə də hərbi resursları var.

İkincisi, Qərb Paşinyanın dediyi kimi bu münaqişədən yorulub və ermənilərin yalvarışlarına qulaq asmaq istəmir. Qərb paytaxtlarında Baş nazirə açıq şəkildə deyirlər ki, Azərbaycanla dil tap və ölkəni bu münaqişədən çıxar.

Üçüncüsü, erməni lobbisinin əsas hissəsi də bu mövqeni bölüşür, çünki münaqişənin davamı Ermənistanın bir dövlət kimi daha da zəfiləyərək sıradan çıxaracağını anlayır. Təkcə bir faktı xatırladaq ki, 2021-ci ildə Ermənistanı 103 min nəfər birdəfəlik tərk edib.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button