Manşet

Rusiya MN açıqlama yaydı: “KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasına başlanılıb”

Rusiya Müdafiə Nazirliyi KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin mühafizə olunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməsi haqda məlumat yayıb.

Savash.org Rusiya mediasına istinadla xəbər verir ki, bunubla bağlı yayılmış açıqlamada deyilir:

“KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin komandanlığı və Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”.

Daha sonra bildirilib ki, sülhməramlılar Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinə yükləmək və daimi dislokasiya məntəqələrinə qayıtmaq üçün texnika və materialları hazırlamağa başlayırlar.

Qeyd olunur ki, KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Orxan

Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button