Manşet

Əliyevlə Zelenski birgə bəyannamə imzaladı – “Hibrid təhdidlərə qarşı mübarizə”

Azərbaycan və Ukrayna prezidentləri Kiyevdə keçirilən danışıqların ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub.

V.Zelenski qeyd edib ki, Azərbaycan prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb. Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir.

Ukrayna prezidentinin sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.

Zelenski həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib. O vurğulayıb ki, bu gün Ukrayna və Azərbaycan prezidentləri arasında imzalanan bəyannamə ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və hibrid təhdidlərə qarşı mübarizəsinə dəstək göstərilməsinə hazır olduqlarını möhkəmləndirir.

“Biz Ukrayna və Azərbaycan prezidentləri arasında birgə Bəyannamə imzaladıq. Biz dövlətlərimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüklərinə, hibrid təhdidlərə qarşı birgə mübarizəsinə dəstəyə hazır olduğumuzu möhkəmləndiririk, Qara dəniz və Xəzər dənizi regionunda, onun hüdudlarından kənarda sülh və stabilliyin təmin edilməsinə dəstəyimizi ifadə edirik”,-Zelenski bildirib.

Azərbaycan prezidenti isə bildirib ki, bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək. Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.

Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb. “Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, – dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib. “Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, – Azərbaycan lideri bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button