Manşet

“Türklər Zelenskini buna razı salsalar…” – Peskov Ərdoğanın dəvətindən danışdı

“Ukrayna ilə vəziyyətin nizamlanmasına kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq”.

Bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenskini danışıqlar üçün Türkiyəyə dəvət etməsini şərh edərkən deyib.

“Rusiya və Ukrayna arasında əsas fikir ayrılığı Minsk razılaşmalarının yerinə yetirilməsi prosesinin Kiyev tərəfindən ləngidilməsi ilə bağlıdır. Əgər türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir edə bilsələr və onları əvvəllər üzərlərinə götürülmüş razılaşmaları yerinə yetirməyə təşviq edə bilsələr, bu, alqışlanası haldır”, – deyə Peskov söyləyib.

Xatırladaq ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button