Manşet

Bayden Rusiya istiqamətinə əlavə qüvvələr göndərir – NATO və ABŞ hərəkətə keçdi

ABŞ prezidenti Cozef Bayden Rusiya sərhədləri istiqamətinə minlərlə hərbçi, aviasiya və donanma yerləşdirmək imkanlarını nəzərdən keçirir. Bu haqda “The New York Times” öz mənbələrinə istinadən yazıb. Xəbərə görə, ötən şənbə günü ABŞ prezidentinin Kemp-Devid şəhərətrafı iqamətgahında Pentaqonun və kəşfiyyatın yüksək rütbəli nümayəndələri ona “Rusiya aqressiyasının daha da yayılmasının qarşısını almaq üçün” bir neçə ssenari təklif ediblər.

Bu ssenarilərdən biri Şərqi Avropa ölkələri ərazisində 1000-5000 arası hərbi qulluqçu yerləşdirilməsini, vəziyyətdən asılı olaraq onların sayının bir neçə dəfə artırılmasını nəzərdə tutur. Plana Baltik ölkələrində Amerika aviasiyasının və donanmasının da yerləşdirilməsi daxildir. Qəzet yazır ki, variantlardan heç birinə Ukraynanın özündə Amerikanın əlavə hərbi kontingentinin yerləşdirilməsi daxil deyil. Ağ ev rəhbərinin bu ssenarilər üzrə yekun qərarını bu həftə verəcəyi gözlənilir.

Bayden hələ yekun qərar verməsə də sosial şəbəkələrdə Polşa ərazisində Amerika zirehli texnikasını daşıyan dəmir yol platformasının Ukrayna sərhədi istiqamətində hərəkətini əks etdirən video yayılıb. O cümlədən Rumıniya ərazisində Amerika tanklarını və zirehli transportyorlarını daşıyan TIR-ların sərhəd istiqamətində hərəkəti qeydə alınıb.

ABŞ-la yanaşı NATO da Şərqi Avropada hərbi iştirakını gücləndirəcəyini və Bolqarıstana, Baltik ölkələrinə əlavə hərbi qüvvələr, döyüş gəmiləri və aviasiya göndərəcəyini bəyan edib. NATO-nun saytında yerləşdirilmiş məlumatda deyilir ki, Danimarka Litvaya 4 F-16  qırıcısı, Baltik dənizinə freqat göndərir. İspaniya isə öz qırıcılarını Bolqarıstana göndərməyi nəzərdən keçirir. Fransa və Niderland da Bolqarıstana hərbi kontingent göndərməyə hazır olduqlarını bildiriblər.

Bütün bunlar əlbəttə ki, Rusiyanın Ukraynaya gözlənilən hərbi intervensiyasını dayandırmaq üçün deyil, daha çox NATO üzvü olan Baltik və Şərqi Avropa ölkələrini qorumaq üçündür. Çünki belə narahatlıqlar var ki, Rusiya Ukrayna ilə kifayətlənməyib daha da uzağa gedə bilər…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button