Manşet

Sahil Babayev həbs edilə bilər – Min nəfərin imzasıyla Prezidentə müraciət edildi

Ölkə mediasında və sosial şəbəkələrdə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı  korrupsiya əməlləri  barədə xəbərlər artmaqdadır. 

Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub.

Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.

“SAVAŞ” xəbər verir ki, bu barədə gununsesi.infoya açıqlama verən ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərilib:

“Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın.

Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button