Manşet

Bakıda taksi sürücüsü baş partlatdı, özünü doğradı, sonra polisə şər atdı

Bakıda taksi sürücüsü baş partlatdı, özünü doğradı, sonra polisə şər atdıBakıda polis şilləsi alan sürücünün özünü doğraması xəbərinə Daxili İşlər Nazirliyi münasibət bildirib.

Milli.az iki gün əvvəl 20 Yanvar dairəsi ərazisində Bakıdan Sumqayıta sərnişin daşımaqla məşğul olan taksi və mikroavtobus sürücüsü arasında dava olması, yol polisi əməkdaşının taksi sürücüsünü vurması iddiası ilə bağlı xəbərini dərc etmişdi.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta açıqlamasında bildirib ki, yol polisinin taksi sürücüsünü vurması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, münaqişə \”Azsamand\” markalı taksi sürücüsü ilə mikroavtobusun sürücüsü arasında olub. \”Azsamand\”ın sürücüsü Nəcməddin Əsgərov mikroavtobus sürücüsü Nemət Yusifovla bir-birinə yol verməmək üstündə mübahisə ediblər. N.Yusifov taksi sürücüsünə yaxınlaşaraq ona yol verməsini xahiş edib. N.Əsgərov isə onu təhqir edib və aralarında münaqişə başlayıb. Nəcməddin yerdən daş götürərək Nemətin başına vurub, sonra isə özünə xəsarət yetirib.

Hadisə ilə bağlı polisə məlumat verilib və dərhal hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəliblər. Nəcməddin və başı partlayan Nemət xəstəxanaya gedib və həkimlər tərəfindən ona yardım edilib. Hazırda polis tərəfindən araşdırma aparılır.

Nazirlik rəsmisi əlavə etdi ki, N.Əsgərov 32 yaşı olmasına baxmayaraq, 4 dəfə məhkumluq həyatı da yaşayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button