Manşet

Elman Rüstəmov 10 milyard dolları necə batırmasından danışdı: “Ağır dövr yaşadıq…”

“2015-ci ildə Azərbaycanda manatın məzənnəsini qorumaq üçün ölkənin valyuta ehtiyatlarında 10 milyard dollarlıq itki ilə bağlı Prezident İlham Əliyevin dedikləri tarixi faktdır”.

“SAVAŞ” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

“Həmin il manatın 2-ci devalvasiyasına qədər 10 milyard ABŞ dolları məbləğində vəsait məzənnənin sabit saxlanılmasına sərf olunub, amma yekunda yenə də milli valyuta ucuzlaşdırılıb. Biz çox da uzaq olmayan dövrdə ağır məqamlar yaşadıq və yaşamaqda da davam edirik. 2014-ci ilin iyun ayından başlayaraq qlobal iqtisadi böhran, neftin qiymətinin uzunmüddətli və kəskin düşməsi ölkənin tədiyyə balansında ciddi problemlər yaratdı. Həmin dövrdə ölkədə ciddi quruculuq işləri gedirdi. Dövlət büdcəsinə neft gəlirləri hesabına transferlər çox idi. Odur ki, neftin kəskin ucuzlaşması ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı”, – deyə o, əlavə edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button