Manşet

Lavrov bəyan etdi: “Müharibə olmayacaq, Zelenski ilə danışmağa hazırıq…”

“Əgər bu, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq”

Savash.org xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində deyib.

“Biz müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara da yol verməyəcəyik, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik”, – deyə Lavrov əlavə edib.

Nazir vurğulayıb ki, təhlükəsizlik təminatları ilə bağlı təkliflər ultimatum deyil və onlarda hədsiz heç nə yoxdur, Moskva sadəcə olaraq vicdanla davranmaq istəyir.

O, xatırladıb ki, Moskva əsas problemə – NATO-nun genişlənməsinə razı deyil.

“Əgər ABŞ öz mövqeyini dəyişməyəcəyində israr etməyə davam edərsə, o zaman başa düşməlidirlər ki, Rusiya da mövqeyini dəyişməyəcək”, – deyə XİN rəhbəri bildirib.

Lavrov deyib ki, Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etmək lazımdır – “onda hər şey qaydasına düşəcək”. Amma onun sözlərinə görə, Berlin və Parisi buna razı salmayacaqlarını anlayırdılar.

Lavrov bəyan edib ki, bu məsələdə Vaşinqtonun əsas məqsədi heç də Ukraynanın taleyi deyil: “Onlar üçün bu mövzunu bağlamaq və sonra Çinlə məşğul olmaq üçün Rusiya Federasiyası ətrafında gərginliyi artırmaq vacibdir”.

Lavrov bildirib ki, Moskva Ukrayna prezidenti ilə münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırdır,

Orxan

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button